Gürcüstanın baş naziri Mamuka Baxtadze İnsan Hüquqları Şurasının islahat prosesi çərçivəsində, qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşün əsas mövzusu insan hüquqlarının qorunması baxımından ölkədə mövcud olan reallıq və çağırışlardır.
Söhbət zamanı, həmçinin, insan hüquqları şurasının efektiv funskiyası üçün həyata keçirilən tədbirlər müzakirə olundu.
Baş nazir qeyri-hökümət təşkilatlarının nümayəndələrinə şuranın gələcək işi ilə bağlı öz baxışını təqdim etdi.
Şuraya baş nazir rəhbərlik edəcək, onun iş prosesinə isə, xalq müdafiyəçisi, qanunverici və məhkəmə iqtidarı, və həmçinin beynəlxalq təşkilatların nümyəndələri qoşulacaqlar.