Baş nazir "Gebrüder Weiss" şirkətinin baş icraçı direktoru ilə görüşdü
Baş nazir "Gebrüder Weiss" şirkətinin baş icraçı direktoru ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avstriyanın “Gebrüder Weiss” böyük nəqliyyat və logistika şirkətinin baş icraçı direktoru, Volfram Zenger-Veys ilə görüşdü.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstandakı əlverişli investisiya mühitinə, şirkətin həyata keçirdiyi və planlaşdırılan investisiya layihələrinə toxunuldu.

Gürcüstanın logistika və nəqliyyat sahəsində potensialı və xarici investorların bu sahəyə marağının artdığı vurğulandı.

Qeyd olundu ki, biznes üçün əsas qərar qəbul edən amillərdən biri ətraf mühitin proqnozlaşdırıla bilməsidir və bu baxımdan Gürcüstan etibarlı və sabit biznes tərəfdaşıdır. “Gebrüder Weiss” dünyanın 35 ölkəsində investisiyaları olan böyük Avstriya nəqliyyat və logistika şirkətidir.