Baş nazir dünya ulduzlarının Gürcüstandakı konsertləri üçün büdcədən 70 milyon lari ayrılacağını açıqlayıb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili növbəti iki ildə beynəlxalq ulduzların ölkəyə gələrək konsertlər verəcəyini açıqlayıb.
Baş nazirin hökumətin bugünkü iclasında açıqladığı üzrə, sözügedən layihəyə 70 milyon lari ayrılacaq.
“Turizmi təbliğ etmək üçün qarşıdakı iki il ərzində ölkəyə dünya səviyyəli ulduzları və sənət adamlarını gətirmək planımız var. İyun, iyul, avqust və sentyabrın əvvəllərində Gürcüstanda həm stadionlarda, həm də “Black Sea” arenada dünya səviyyəli ifaçıların konsertləri keçiriləcək. 70 milyon lari ayıracağıq, buna uyğun vəsaitimiz var. Növbəti iki ildə bu layihə maliyyələşdiriləcək və məncə, daha çox turist cəlb edəcək. Maraqlı proqram alınacaq” –deyə Ğaribaşvili bildirib.