Baş nazir daxili işlər naziri Vaxtanq Qomelaurini baş nazirin müavini təyin edib
Gürcüstanın baş naziri daxili işlər naziri Vaxtanq Qomelaurini Gürcüstanın baş nazirinin müavini təyin edib. Məlumatı hökumət administrasiyası yayır.
İrakli Kobaxidze bu gün müvafiq sərəncam imzalayıb.
Hökumət administrasiyasının məlumatına görə, Gürcüstan hökumətində bu gündən etibarən üç baş nazirin müavini olacaq. Baş nazirin birinci müavininin səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili həyata keçirir. Baş nazirin müavini və müdafiə naziri İrakli Çikovani.