Baş nazir- Əminəm ki, gürcü şərabı və şərab mədəniyyəti haqqında daha çox maraqlı faktlar aşkarlanacaq
“Əminəm ki, elmi tədqiqat davam edəcək və gürcü şərabı və şərabçılığı haqqında daha çox maraqlı faktlar aşkarlanacaq” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.
Baş nazir qeyd etdi ki, beynəlxalq elmi qrup, qeyd olunan məsələ ilə bağlı intensiv çalışmaları dörd il bundan əvvəl başlamışdı.
“Əminəm ki, hərkəs sevinir ki, şərab mədəniyyətinin bütün dünyaya Gürcüstandan yayılması faktını artıq bugün bütün dünya öyrəndi. Bundan sonra, bizə, öz ölkəmizi daha müsbət şəkildə təqdim etmək imkanı verildi.
Bu bizə qürur hiss etdirən bir faktdır və hər birinizi təbrik edirəm” – dedi baş nazir.