Barselonada kütləvi turizmə qarşı aksiyada yerli sakinlər küçələrdə və kafelərdə olan turistləri su tapançası ilə islatdılar [Video]

 
Barselonada yerli sakinlər kütləvi turizmə qarşı aksiya keçirdilər, küçələrdə və kafelərdə olan turistləri su tapançası ilə islatdılar.

İspanlar “Turistlər, evə qayıdın!” şüarları səsləndirirdilər.

Barselonanın meri Jaume Kolboni bir az bundan əvvəl söz verdi ki, 10 000-dən çox yerli sakinin Airbnb və Homeaway kimi platformalarda turistlərə mənzil kirayə vermək üçün lisenziyasını artıq yeniləməyəcək. Onlar turistik məqsədlər üçün yalnız ispanlara mənzil kirayə verə biləcəklər.