“Barselona” və “Real Madrid” azarkeşləri etiraz yürüşü keçirib
“Barselona” və “Real Madrid” azarkeşləri etiraz yürüşü keçirib

“Barselona” və “Real Madrid” futbol klublarının azarkeşləri Tbilisi Dövlət Konsert Sarayının qarşısına toplaşıblar. Bir-birinə qarşı olan iki futbol klubunun azarkeşləri hökumətin siyasətinə qarşı birləşərək dinc etiraz aksiyasında fikirlərini bildiriblər. Yığıncaqların tələbi yeni seçkilərin keçirilməsi, qanunsuz məhbusların azad edilməsi və Gürcüstanın Avropaya inteqrasiya yoluna qayıtmasıdır. Mitinq iştirakçıları Melikişvili prospektindən Parlamentə doğru yürüş ediblər.