Barnov küçəsində gənc qadını qətlə yetirməklə ittiham edilən şəxsin cəzası ağırlaşdı
Barnov küçəsində gənc qadını qətlə yetirməklə ittiham edilən şəxsin cəzası ağırlaşdı.
Bu barədə bəyanatı Birinci Kanala Daxili İşlər Nazirliyindən verdilər.
DİN-in verdiyi məlumata görə, Vepxvia Bakradze xüsusi qəddarlıqla, əvvəlcədən planlaşdırılan cinayət törətməkdə ittiham edilir və cəzasının 16-dan 20 ilə qədər olması ehtimal olunur.
İttiham edilən şəxs daha öncə də ailə zorakılığına görə həbs edilmişdi və bir neçə ay bundan əvvəl prezidentin amnistiyası ilə həbsdən çıxdı.
Qətl cinayəti isə, aprelin 13-də baş verdi.
İnsindentdən bir neçə saat öncə, öldürülən Tako Qamrekelaşvili anası ilə bərabər polis şöbəsinə atalığı tərəfindən gələn təhdidlər haqqında şikayət daxil etmişdi, ancaq cinayətkar yaxalanana qədər, uşaqlarının yanında gənc qadının boğazını kəsdi.
Xüsusi ilə təhlükəli şəxsin prezident tərəfindən əfv edilələr siyahısına düşməsi ilə bağlı bəyanatı prezident sabah verəcək.