Barnovi küçəsində davam edən yol işləri ilə əlaqədar olaraq hərəkətin məhdudlaşdırılması oktyabrın 15-dək davam edəcək
Aparılan yol işləri ilə əlaqədar Vasil Barnovi küçəsində hərəkətə qoyulan məhdudiyyət oktyabrın 15-dək davam edəcək-bu barədə Tbilisi meriyasının məlumatında deyilir.
Məhdudiyyət Barnovi və Kote Mağaşvili küçələrinin kəsişməsindən Kakabadze qardaşları küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinə şamil edilir.
Məhdudiyyət müddətində sürücülər Barnovi küçəsindən Kote Mağaşvili, Mixeil Zandukeli, Erekle Tatişvili küçələri, Petre Melikişvili prospekti və Kakabadze qardaşları küçələrindən istifadə etməklə hərəkət edə biləcəklər.
Göstərilən yol hissəsində ictimai nəqliyyatın hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir və aşağıdakı marşrut üzrə hərəkət mümkün olacaq: Rustaveli prospekti istiqamətində hərəkət edərkən N408 və N420 mikroavtobuslar Mağaşvili küçəsindən Zandukeli, Barnovi, Tatişvili, Petre Melikişvili prospekti və Merab Kostava küçələri ilə hərəkət edəcəklər.