Bank tənzimləmələrinin işə düşməsi yanvarın birinədək təxirə salındı
Noyabrın birindən qüvvəyə minəcək yeni bank tənzimləmələrinin vaxtı uzadıldı. Qeyd olunan məlumatı Birinci Kanala Milli Bankda təsdiq etdilər.
Milli Bankda bəyan etdiklərinə görə, planlaşdırılmış tənzimləmələr yumuşaldıldı və hazırda texniki detalların dəqiqləşdirilməsi üzərində işlər aparılır.
Fiziki şəxslərə borcun verilməsinin yeni tənzimlənmələri 2018-ci ili noyabrın birindən işə düşməli idi. Söhbət qarşıdakı tənzimləmələrdən gedir:
- ipotekaya maksimum 15 illik limit təyin olunur.
- daşınmaz əmlakla təmin olunmuş istifadəçi borcu maksimum 10 illik olacaq.
- avtomobil borcu 6 illik.
- istənilən növ borcun müddəti 4 ildən artıq olmamılıdır.
Milli Bankın layihəsinə uyğun olaraq, altı gəlir pilləsi və borcun koefisienti müəyyənləşdirilmişdir:
- ayda 10 000 laridən artıq – bank öz daxili siyasəti ilə borc və şəxsin gəliri arasında balansı müəyyənləşdirir.
- ayda 7 000-10 000 lariyə qədər – hər aylıq borc yükü gəlirin maksimum 30 faizi, yəni 3000 lariyə qədər;
- ayda 5 000-7 000 lariyə qədər – hər aylıq borc yükü gəlirin maksimum 25 faizi, yəni 1750 lariyə qədər;
- ayda 3 000-5 000 lariyə qədər – hər aylıq borc yükü gəlirin maksimum 20 faizi, yəni 1000 lariyə qədər;
- ayda 1 000-3 000 lariyə qədər – hər aylıq borc yükü gəlirin maksimum 20 faizi, yəni 600 lariyə qədər;
- ayda 1000 lariyə qədər – hər aylıq borc yükü gəlirin maksimum 30 faizi, yəni 200 lariyə qədər.