Bank Asosiasiyası fiziki şəxslərin kredit borclarının ödəniş müddətinin təxirə salınması məsələsi ilə bağlı detallı məlumat yayır
Bank Asosiasiyası fiziki şəxslərin kredit borclarının ödəniş müddətinin təxirə salınması məsələsi ilə bağlı detallı məlumat yayır

Gürcüstanın Bank Asosiasiyası pandemiya zamanı maddi zərər çəkən fiziki şəxslərin kredit borclarının ödəniş müddətinin təxirə salınması məsələsi ilə bağlı detallı məlumat yayır və qeyd edir ki, Gürcüstanın bank sektoru, ölkə iqtidarı və Gürcüstanın Milli Bankı ilə bərabər, covid-19 pandemiyası nəticəsində yaranan iqtisadi çağırışlara qarşı cavab addımları atmaq prosesinə qoşulur.

Asosiasiya Gürcüstanın bank sektorunun istifadəçilərə təklif etdiyi əməkdaşlıq haqqında məlumat verir:

a) Pandemiya zamanı gəlirlərini və işlərini itirən qrupların, kredit borclarının ödənilməsi möhləti üç ay müddəti ilə, pandemiyaya qədər kreditin götürüldüyü şərtlər qüvvədə qalaraq, təxirə salınacaq. Qeyd edilən istifadəçilər komersiyal banklardan konkret təklifi 2020-ci ilin iyun ayından alacaqlar.

b) Dövlət proqramına düşə bilməyən, ancaq pandemiya zamanı zərər görən istifadəçiləri komersiyal banklar öz göstəricilərinə əsasən müəyyən edəcəklər və onlara kredit ödənişlərinin, pandemiyaya qədər mövcud olan şərtlərlə, üç ay müddəti ilə təxirə salmağı təklif edəcəklər.

c) a və b maddələrində müəyyən ediln zərər çəkmiş kateqoriyalarına daxil ola bilməyən şəxslərin ərizələri komersiyal banklara daxil edildikdən sonra ayrıca müzakirə olunacaq və istifadəçinin maddi durumundan irəli gələrərək, bank tərəfindən onunla bağlı individual qərar veriləcək.

Kredit ödənişinin təxirə salınması, kredit ödənişin ləğv olunmasını nəzərdə tutumur!