Banqladeşdə aksiyalarda toqquşmalar nəticəsində son göstəricilərə əsasən azı 76 nəfər həlak olub
Banqladeşdə aksiyalarda toqquşmalar nəticəsində son göstəricilərə əsasən azı 76 nəfər həlak olub

 
Banqladeşdə etiraz aksiyalarında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiyanın iştirakçıları arasında toqquşmalar nəticəsində son göstəricilərə əsasən azı 76 nəfər həlak olub. Məlumatı “BBC” yayır.

Nümayişçilər baş nazir Şeyx Hasinanın istefasını tələb edirdilər.

Medianın məlumatında, polis binasına hücum nəticəsində 13 polisin həlak olduğu deyilir.

Banqladeşdə etiraz aksiyaları hökumət strukturlarında kvotalar sisteminə qarşı başlayıb. Aksiyalar Ali Məhkəmənin hökumət sektorunda iş kvotalarının əksər hissəsini ləğv etməsindən sonra dayandırılıb, lakin tələbələr sonra etiraz aksiyasını yenə də bərpa ediblər. Onlar həlak olanların ailələri üçün ədalət tələb edirdilər.