Banqladeşdə aksiyalarda toqquşmalar nəticəsində həlak olanların sayı 90-a yüksəlib
Banqladeşdə aksiyalarda toqquşmalar nəticəsində həlak olanların sayı 90-a yüksəlib

 
Banqladeşdə etiraz aksiyalarında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiyanın iştirakçıları arasında toqquşmalar nəticəsində həlak olanların sayı 90-a yüksəlib, məlumatı “BBC” yayır.

Medianın məlumatına əsasən, toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının azı 13 əməkdaşı həlak olub, yüzlərlə insan isə yaralanıb.

Həmçinin, “BBC”nin yazdığı kimi, Banqladeş hökuməti interneti söndürmək qərarını qəbul edib.

Banqladeşdə iğtişaşlar nəticəsində ümumilikdə 280 nəfər həlak olub.

Xatırladaq ki, ilkin olaraq aksiyalar dövlət strukturlarında kvota sisteminə qarşı başlayıb. Aksiyalar Ali Məhkəmənin hökumət sektorunda iş kvotalarının əksər hissəsini ləğv etməsindən sonra dayandırılıb, lakin tələbələr sonra etiraz aksiyasını yenə də bərpa ediblər. Onlar həlak olanların ailələri üçün ədalət tələb edirdilər, lakin iyul ayından tələbələr baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.