Baltikyanı ölkələr və Bolqarıstan rus diplomatlarını qovdu. Bu barədə “Reuters” məlumat yayıb.
Latviya, Litva və Estoniya xarici işlər nazirlərinin verdiyi məlumata görə, üç ölkədən ümumilikdə 10 rusiyalı diplomat ölkədən çıxarılıb. O cümlədən, dördü Litvadan, üçü isə Latviya və Estoniyadan.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin qeyd etdiyi kimi, rusiyalı diplomatların ölkədən çıxarılmasına səbəb onların fəaliyyətinin diplomatik statuslarına uyğun gəlməməsidir. Həmçinin qərar Rusiyanın Ukraynada davam edən təcavüzü nəzərə alınaraq qəbul edilib.
Estoniya Xarici İşlər Nazirliyi bildirib ki, rusiyalı diplomatlar Estoniyanın təhlükəsizliyinə birbaşa və fəal şəkildə zərbə vurduqları və Rusiyanın hərbi hərəkətlərinə haqq qazandırmaq üçün təbliğat apardıqları üçün ölkədən çıxarılıblar.
Litva rusiyalı diplomatların ölkədən çıxarılmasını Ukrayna ilə həmrəy olaraq izah edib.
10 rus diplomatın ölkədən çıxarılması ilə bağlı qərarı Bolqarıstan da verib. Rusiyanın Bolqarıstandakı səfirinin sözlərinə görə, diplomatlar diplomatik statusla bir araya sığmayan fəaliyyətdə ittiham olunublar.