Balkan ölkələrində güclü istilər səbəbindən enerji istehlakının artması elektrik enerjisinin çatdırılmasında problemlər yaradıb
Balkan ölkələrində güclü istilər səbəbindən enerji istehlakının artması elektrik enerjisinin çatdırılmasında problemlər yaradıb

Balkan ölkələrində güclü istilər səbəbindən enerji istehlakının artması elektrik enerjisinin çatdırılmasında problemlər yaradıb. Balkan ölkələrində şiddətli istilər səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb. Albaniya, Bosniya-Herseqovina, Monteneqro və Xorvatiyanın sahilyanı regionunda elektrik enerjisinin verilişi bir neçə saat kəsilib ki, bu da kondisionerlər üçün elektrik enerjisinə tələbatın kəskin artması ilə izah olunur.

Bosniya-Hersoqovina və Xorvatiyada işıqforların söndürülməsi böyük şəhərlərin küçələrində nəqliyyatın hərəkətində xaosa səbəb olub.
Elektrik enerjisinin kəsilməsi Xorvatiyanın turizm bölgəsində problemlər yaradıb, burada elektrik kəsilməsi səbəbindən restoran, kafe və mağazalar müvəqqəti bağlanıb. Bölgədə havanın temperaturu 40 dərəcəyə çatır.

Monteneqronun energetika naziri Saşa Muyoviç bildirib ki, gecikmənin səbəbi yüksək temperatur səbəbindən enerji istehlakının qəfil artmasıdır.

Albaniya hakimiyyətinin məlumatına görə, elektrik enerjisinin kəsilməsi riski hələ də olsa da, ölkədə elektrik enerjisi saat yarım ərzində bərpa edilib.