Bakurianidə xizək mövsümü yanvarın 15-də açılacaq
Bakurianidə xizək mövsümü yanvarın 15-də açılacaq

 

Dağ Kurortlarının İnkişafı Şirkətinin məlumatına görə, Bakurianidə xizək mövsümü yanvarın 15-də açılır. Qurumun məlumatına görə, şənbə günü, yanvarın 15-də ziyarətçilər Didveli və Koxti xizək zonalarında xizək sürmək imkanı əldə edəcəklər.

“Qar və temperatur Bakurianidə xizək mövsümünü açmaq üçün intensiv hazırlıq işləri aparmağa imkan yaratdı.
Bakuriani Dağ İdarəetmə Departamentinin bütün xidmətləri səfərbər olunub və 24 saatlıq rejimdə işləyir” – deyə Dağ Kurortlarının İnkişafı Şirkətinin yaydığı məlumatda deyilir.

Bakurianidə ilboyu qış mövsümünə fəal hazırlıq işləri aparılıb.

Gürcüstanın dağ kurortlarında xizək yollarının təhlükəsizliyini Dağ Kurortlarının İnkişafı Şirkətinin xilasetmə xidməti və dağ patrulu təmin edir.