Bakuriani 2023-ün rəsmi açılış tədbirinə son hazırlıqlar gedir
Bakuriani 2023-ün rəsmi açılış tədbirinə son hazırlıqlar gedir

Təntənəli mərasim bu gün saat 18:00-da Bakurianidə, 25-ci məhəllənin yaxınlığında keçiriləcək və burada tanınmış artistlər, folklor ansamblları iştirak edəcəklər.

Olimpiya kəndi təşkil edildi. Xüsusi yaradılmış məkanda Dünya Çempionatına gələn qonaqlar Bakuriani 2023 üçün xüsusi olaraq yaradılmış sərgi və satışla tanış olmaq, suvenirlər almaq və ənənəvi gürcü yeməklərini dadmaq imkanı əldə edəcəklər.

Gürcüstanın tarixdə ilk dəfə ev sahibliyi etdiyi Dünya Çempionatı martın 5-dək davam edəcək və burada müxtəlif ölkələrdən 700-ə yaxın yüksək səviyyəli idmançı iştirak edəcək.

Dünya birinciliyinin birbaşa telereportajını Bakurianidən Birinci Kanal təqdim edəcək.