Bakıda mebel sexində baş verən partlayışda həlak olanlardan biri Gürcüstan vətəndaşıdır
Bakıda mebel sexində baş verən partlayış nəticəsində həlak olanlar arasında bir Gürcüstan vətəndaşı da var-Xarici İşlər Nazirliyi bu haqda Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Qurumdan qeyd edildiyi üzrə, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqə saxlayır.
“Gürcüstan vətəndaşının ölməsi faktı təsdiqlənib. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqə saxlayır”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Bakıda mebel sexində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, azı 24 nəfər yaralanıb.