Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Müdafiə nazirini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
Görüşdə regionun təhlükəsizliyi və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
İki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti , eləcə də ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən əməkdaşlığın artmaqda olan dinamikası vurğulanıb.
Tərəflər müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın cari və planlaşdırılan tədbirləri barədə də danışıblar. Rəsmi səfər çərçivəsində müdafiə naziri azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla görüşüb.
Tərəflər Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında yenilənmiş saziş imzalayıblar.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.