Bakıda Gürcüstan-Azərbaycan-Türkiyə gömrük idarələrinin rəhbərlərinin görüşü keçirilib
Bakıda Gürcüstan-Azərbaycan-Türkiyə gömrük idarələrinin rəhbərlərinin görüşü keçirilib

 

Bakıda Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, Türkiyə Respublikasının ticarət nazirinin müavini Rıza Turaqay və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifələrini müvəqqəti icra edən Şahin Bağırovun iştirakı ilə Gürcüstan-Azərbaycan-Türkiyə arasında üçtərəfli görüş keçirilib.

Gəlirlər Xidməti tərəfindən verilən məlumata əsasən, gömrük idarələrinin rəhbərləri Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş imzalayıblar.

İdarədən verilən məlumatda, sözügedən sazişin tərəflərə üç ölkənin sərhədləri arasında hərəkət edən yüklər və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsini təmin etməyə imkan verəcəyi deyilir.

Bununla yanaşı, sazişin həyata keçirilməsi gömrük idarələri arasında daha səmərəli əməkdaşlığa, təhlükəsizliyə və qanuni ticarətə töhfə verəcək. Tərəflər həmçinin beynəlxalq yüklərin regiona gecikmə olmadan çatdırılmasının vacibliyindən danışıb və artan yük axınının idarə olunması prosesində birgə həyata keçirilən tədbirləri müzakirə ediblər.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri, müassir gömrük infrastrukturunun inkişafının, yük axınının artmasına və sərhəd keçid prosedurlarının sadələşdirilməsinə töhfə verəcək olduqca vacib proses olduğunu bildirib.

“Məqsədimiz ticarət və nəqliyyat sənədlərinin məlumatlarına əsaslanan , gömrük bəyannamələrinin avtomatik doldurulması və istehlakçılar tərəfindən məlumatların elektron şəkildə təqdim edilməsini təşviq etmək olmalıdır. Bununla yanaşı, idarədə süni intellekt layihəsinin fəal tətbiqinə başlanılır və ümid edirəm ki, növbəti görüşümüz üçün mühüm və maraqlı yeniliklər təqdim edəcəyik” – deyə Levan Kakava bildirib.

Üçtərəfli komitə çərçivəsində, həmçinin Azərbaycan və Türkiyə tərəfləri ilə ikitərəfli görüşlər keçirilib.

Sözügedən görüşlərdə, Gəlirlər Xidməti tərəfindən Gömrük İdarəsinin rəhbəri Zurab Sichinava və Beynəlxalq Münasibətlər İdarəsinin rəhbəri Samson Uridia iştirak ediblər.