Bakı və Azərbaycanın digər şəhərlərində ,qeyri-iş günlərində tam karantin elan olunub
Bakı və Azərbaycanın digər şəhərlərində ,qeyri-iş günlərində tam karantin elan olunub

 

 Bakı və Azərbaycanın digər şəhərlərində ,qeyri-iş günlərində tam karantin elan olunub.Bütün mağazalar,aptek,bank,poçt şöbələri,kafe və restoranlar bağlıdır.Vətəndaşlara evdən çıxmaq qadağan olunur.

 Zəruri tibbi yardım ehtiyyacı və yaxın insanların dəfni istisna təşkil edir.

Karantin müddətində ictimai nəqliyyat da işləməyəcək.Şəxsi avtomobillərlə yerdəyişmədə qadağandır.

 Hökumətin qərarı ilə,bir tək xəstəxanalar,təcili tibbi yardım xidməti və hüquq-mühafizəçilər işləyəcəklər.Dövlət şirkətləri məhdud sayda  əməkdaşı işə gətirə bilmə hüququna malikdirlər.Onlar xüsusi nəqliyyatla daşınacaqlar.

 Karantin səbəbi ilə məktəblərdə buraxılış imtahanı da ləğv olunub.

 Azərbaycan hökuməti son 24 saatda koronavirusa 338 yoluxma halı qeydə alındıqdan sonra məhdudiyyətlərin sərtləşdirilməsinə dair qərar qəbul etdi.

Hazırladı-Sevinc Mustafayeva