Bakı-Tbilisi-Qars dəmir yolu magistralını keçərək, ilk türk yük qatarı Çinə gedəcək
Bakı-Tbilisi-Qars dəmir yolu magistralını keçərək, ilk türk yük qatarı Çinə gedəcək

Bakı-Tbilisi-Qars dəmir yolu magistralını keçərək, ilk türk yük qatarı Çinə gedəcək.

Türk medyasının məlumatına görə, ixrac məhsulları ilə yüklənmiş qatar Türkiyədən dekabrın 4-də çıxacaq və trans-kaspi şərq-qərb dəhlizindən 8 693 kilometr keçərək, Çinə gedəcək.

Türk medyası ölkənin Xarici İşlər Nazirliyinə istinad edərək, yazır ki, qatar iki kontinenti, iki dənizi, beş ölkəyi keçərək, 12 günə Çinə yük çatdıracaq.

Türk medyasının məlumatına görə, noyabrda tranzit qatarı Çindən Prağaya getmişdi.

“Türkiyə Şərq və qərb arasındaki əlaqələrin dərinləşdirilməsi və regionda öz mövqeyinin təsdiqləmənməsi üçün mütləq olan addımlara davam edir” – deyilir türk medyasında.