Bakı-Tbilisi-Qars dəmir yolunda tam şəkildə yük nəqliyyatı 6 aya başlayacaq
Bakı-Tbilisi-Qars dəmir yolunda yük daşımaları tam olaraq 6 aya başlayacaq.
Maliyyə Naziri Mamuka Baxtadzenin bəyanatına görə, yük qatarlarının tam hərəkətə keçməsi üçün gərəkən çalışmalar təqribən 6 aya başa çatacaq.
Onun dediyinə görə, bundan sonra şirkət yolçu nəqliyyatının başlanması istiqamətində çalışacaq.
Ümumiyyətlə “İpək yolu” ideyasına gəlincə isə, Mamuka Baxtadzenin dəyərləndirməsinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstanın bu istiqamətdə müvəffəqiyyətli olması üçün çox vacib bir komponentdir.
“Hazırda yük qatarının test-rejimində hərəkəti həyata keçirirlir. Mövcud olan qrafikə əsasən, təqribən altı aya, yük qatarlarının tam yüklənməsi üçün gərəkən çalışmalar başa çatacaq. Daha sonra isə, şirkət yolçu nəqliyyatının həyata keçirilməsi üçün gərəkən çalışmalara başlayacaq”, – dedi Maliyyə Naziri.
Onun dediyinə görə, sadəcə bir istiqamətdə inkişafın yetərli olmadığı üçün, kompleksli strategiya da mövcuddur.
“Bir istiqamətdə inkişaf təbii ki, nəticə verə bilər, ancaq Anakliada həyata keçirilən layihə də çox əhəmiyyətlidir. Hər bir layihə tək-tək bizə imkan yaradacaq ki, Gürcüstan müasir “İpək yolunun” aparıcı ölkəsi osun və təbii ki, bütün bunlar ölkəyə böyük dividentlər gətirəcək” – dedi Mamuka Baxtadze.