Baqebidə, qətlin törədildiyi yerdə istintaq hərəkətləri aparılır
Baqebidə, qətlin törədildiyi yerdə istintaq hərəkətləri aparılır

 

Tbilisidə, qətlin baş verdiyi Baqebidə hüquq-mühafizə orqanlarının işçiləri hələ də səfərbər olunmuş vəziyyətdədirlər. Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına qətl hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz odlu silah əldə etmə-saxlama- gəzdirməni nəzərdə tutan 108-ci və 236-cı maddələri ilə istintaq aparıldığını bildiriblər.

Mövcud məlumata görə, iş adamı Levan Kacharava (“Tilika” ləqəbli) qətlə yetirilib. Levan Kacharava Gürcüstanda bir neçə şirkətin səhmdarı olub.