Baqebi yaşayış məntəqəsi ilə Universitet küçəsini birləşdirən körpünün açılışı edilib
Baqebi yaşayış məntəqəsi ilə Universitet küçəsini birləşdirən körpünün açılışı edilib

 
Baqebi yaşayış məntəqəsi ilə Universitet küçəsini birləşdirən yeni avtomobil körpüsündə avtomobillərin hərəkəti artıq mümkündür.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və paytaxtın meri Kaxa Kaladze yeni tamamlanan layihənin açılışını ediblər.

Tbilisi Meriyasının verdiyi məlumata əsasən, artıq mövcud piyada körpüsü boyunca tikilmiş avtomobil körpü keçidinin uzunluğu 260 metrdir və dörd hərəkət zolağından ibarətdir, Tsğneti magistral yolundan Universitet küçəsinə qədər olan məsafə isə 532 metrdir.

Layihə çərçivəsində səkilər salınıb, çöl işıqlandırma şəbəkəsi qurulub və LED lampaları quraşdırılıb, məhəccərlər quraşdırılıb, körpünün hərəkət hissəsində izolyasiya işləri aparılıb, drenaj sistemi salınıb və bir neçə qat asfalt örtüyü döşənib. Bundan əlavə, həm Universitet küçəsi tərəfdən, həm də Baqebi yaşayış məntəqəsi tərəfdən, Tbilisi-Tsğneti avtomobil yolunun yaxınlığında körpüyə gediş yolları və nəqliyyat qovşaqları təşkil edilib.

Körpünün tikintisi işləri beynəlxalq standartlara uyğun həyata keçirilib. Tikinti 2021-ci ilin sentyabr ayının sonunda başladı və 2024-cü ilin may ayının sonunda tamamlandı. Layihənin ümumi dəyəri 36 400 000 lari təşkil edir.