Baqebi-Tskneti yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Baqebi-Tskneti yolundakı sürüşmə zonasında dağ yamacının kiçik bir hissəsi dağılıb, – Tbilisi meriyasının məlumatında deyilir.
Onların sözlərinə görə, hadisə yerində müvafiq idarələrin nümayəndələri, meriyanın geoloqları və inşaatçılar iştirak ediblər.
“Mövcud vəziyyətlə əlaqədar olaraq yamacın möhkəmləndirilməsi üçün prevensiya tədbirləri nəzərdə tutulub. Müvafiq olaraq, prevensiya işlərinin aparılması məqsədilə noyabrın 26-da saat 00:00-dan 06:00-dək, həmçinin noyabrın 27-si saat 00:00-dan 06:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Tbilisi meriyası yaranmış narahatçılığa görə üzr istəyir”, – meriyanın bəyanatında deyilir.