Bağdatinin Nerqeeti kəndində xilasedicilər təbii fəlakət bölgəsində dördüncü cəsədi tapıblar
Bağdatinin Nerqeeti kəndində xilasedicilər təbii fəlakət bölgəsində dördüncü cəsədi tapıblar

Bağdatinin Nerqeeti kəndində xilasedicilər təbii fəlakət bölgəsində dördüncü cəsədi tapıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili açıqlayıb.

Mğebrişvilinin qeyd etdiyi kimi, itkin düşənlərin axtarış-xilasetmə tədbirləri davam etdirilir.

“Hazırda intensiv axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşmüş 5 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir. İşlərə 200-dən çox yanğınsöndürən-xilasedici, kinoloq qrupu cəlb olunub. Əlavə olaraq texnika səfərbər olunub və digər cəsədlər tapılana qədər intensiv işləməyə davam edirik. Ərazidə təxminən  70 faiz torpaqdan təmizlənməlidir, çox böyük torpaq kütləsi yerindən qopub. Böyük ehtimalla, günün sonuna qədər işi bitirməliyik.

Bağdati Munisipalitetinin Nerqeeti kəndində torpaq sürüşməsi gecə saatlarında baş verib və 4 ev torpaq kütləsinin altında qalıb.