Bağdatidə, fəlakət bölgəsində axtarış-xilasetmə tədbirləri fasiləsiz olaraq davam edir
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin 200-dən çox yanğınsöndürən-xilasedicisi Bağdati Munisipalitetinin Nerqeeti kəndində axtarış-xilasetmə tədbirlərini fasiləsiz olaraq davam etdirir. Daxili İşlər Nazirliyinin məlumatında, Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin təbii fəlakət bölgəsində olduğu və aparılan işlərə rəhbərlik etdiyi deyilir.
Rəsmi məlumata əsasən, Bağdatinin Nerqeeti kəndində 3 cəsəd tapılıb, bir vətəndaş xilas edilib, 6 nəfərin axtarışları davam edir.
Bağdati Munisipalitetinin Nerqeeti kəndində torpaq sürüşməsi gecə saatlarında baş verib və 4 ev torpaq kütləsinin altında qalıb.