Bağdatini Sairme ilə birləşdirən yol tamamilə təmizlənib, Nerqeeti kəndində itkin düşən 1 nəfərin axtarışları davam edir
Bağdatini Sairme kurortu ilə birləşdirən və sürüşmənin baş verdiyi yol tamamilə təmizlənib. Bu barədə Gürcüstanın Birinci Kanalının jurnalisti məlumat yayır.
Xanistsğali çayının hər iki sahilində xilasetmə işləri davam etdirilir. Xilasedicilər itkin düşən bir şəxsi indiyədək tapmağa çalışırlar.
Ərazidə həm ağır texnika, həm də canlı qüvvə işləyir.
Bağdatinin Nerqeeti kəndində dünən gecə saatlarında torpaq sürüşməsi baş verib və 4 ev torpaq kütləsinin altında qalıb. Xilasedicilər evlərdən birinin dağıntıları altından 1 nəfəri çıxarıblar və o, klinikaya yerləşdirilib. İndiyədək fəlakət bölgəsində xilasedicilər tərəfindən 8 cəsəd tapılıb.