Badri Esebuanı hüquqmühafizəçilər Cixaşkari kəndində yaxaladılar
Badri Esebuanı hüquqmühafizəçilər Cixaşkari kəndində yaxaladılar

Birinci Kanalın məlumatına görə, “Gürcüstan Bankının” Zuqdidi fialialına hücumda və girovların götürülməsində ittiham olunan Badri Esebuanı Cixaşkari kəndində yaxaladılar.

Yaxalanması zamanı o, hüquqmühafizəçilərə müqavimət göstərməyib.

Badri Esebuanın yaxalanması barəsində məlumat az öncə yayıldı.

Esebuanın yaxalanması barəsində rəsmi şərhi Daxili İşlər Nazirliyi hələlik verməyib.

“Gürcüstan Bankının” Zuqdidi filialına hücum 2020-ci il 21 oktyabrda baş verdi. Daxili İşlər Nazirliyinin məlumatına görə, oğurluq hücumunu Badri Esebua həyata keçirdi. Hücumçu bir neçə saat ərzində 43 nəfəri girov saxlayırdı. İstintaqın məlumatına görə, hücum edən şəxs bankdan yarım milyon dollar apara bildi.

İş terror aktı, terror məqsədi ilə girov götürmə, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə qaldırıldı.