Badri Caparidze - Mixeil Saakaşvilinin bəyanatlarına əhəmiyyət vermirik, çünki bizim üçün bu aktual deyil
Mixeil Saakaşvilinin bəyanatlarına əhəmiyyət vermirik, çünki bizim üçün bu aktual deyil, müxalifətin birliyini heçnə hədələmir, – bu barədə “Lelo” partiyasının ofisində müxalifət nümayəndələrinin görüşünün başlamasına qədər, “Lelonun” liderlərindən biri, Badri Caparidze bəyan etdi.
Caparidzenin dediyinə görə, müxalifətin öz planı var ki, onunla da Saakaşvili heç bir əlaqədə deyil.
“Saakaşvilinin bəyanatlarını bu formatda müzakirə etmirik və deyim ki, bu bəyanatlara heç bir əhəmiyyət vermirik, çünki bizim üçün bu aktual deyil. Bizim üçün ölkədə cari proseslər və yeni seçkiləri tələb edən müxalifətin birliyi aktualdır. Bizim öz mövzularımız var və bunlarla Saakaşvili heç bir əlaqədə deyil. Gürcüstanın xairicində olan insan təsir göstərə bilmir və göstərə bilməz. Biz bu bəyanatlara hansısa əhəmiyyətin verilməsini, düzgün hesab etmirik, izləmirəm. Müxalifətin birliyini heçnə hədələmir. Fərqli mövqelər ola bilər, lakin bu müxalifətin birliyinə təsir edə bilməz, bu möhkəm birlikdir”, – Caparidze bəyan etdi.