Badri Caparidze, hazırda Nika Melia ilə heç bir məsləhətləşmə aparılmadığını bildirir
Badri Caparidze, hazırda Nika Melia ilə heç bir məsləhətləşmə aparılmadığını bildirir

 
“Lelo”nun üzvü Badri Caparidze, hazırda Nika Melia ilə heç bir məsləhətləşmə aparılmadığını bildirir.

“Nəzəri ssenarilər haqqında danışmaq çətindir. Hazırda müzakirə , məsləhətləşmə aparılmır” – Badri Caparidze qeyd edib.

O bildirib ki, bu və ya digər partiyanın seçkilərdə hansı formatda iştirak etmək niyətində olması barədə danışmaq üçün hələ tezdir.

“Bizim aydın planımız var. “Lelo”ya gəlincə, yaxın gələcəkdə “Gürcü Arzusu” dəyişən kimi, avropapərəst, demokratik, koalisiya idarəçiliyi gələn kimi cəmiyyətimizi malik olduğumuz planlar, atacağımız konkret addımlar barədə məlumatlandırmağa davam edəcəyik”– Badri Caparidze bildirib.

Xatırladaq ki, Mamuka Xazaradze 2023-cü ilin dekabrın 28-də “Lelo”nun Nika Melia ilə vahid strateji tərəfdaşlıq edəcəyini açıqlayıb, hərçənd seçkilərdən əvvəl birləşməyi və yeni ad altında təmsil olunmağı istisna etmir.