Badri Caparidze - biz sakitik, qətiyyətli şəkildə səsverməni gözləyəcəyik və planlar barədə sonra məlumat verəcəyik
Badri Caparidze - biz sakitik, qətiyyətli şəkildə səsverməni gözləyəcəyik və planlar barədə sonra məlumat verəcəyik

 

“Lelo”-nun liderlərindən olan Badri Caparidzenin sözlərinə görə, onun deputat mandatına xitam verilməsi absurd qərar və ona qarşı siyasi təqib olacaq.

Caparidzenin sözlərinə görə, o, səsvermədən sonra gələcək planları barədə ictimaiyyətə məlumat verəcək.

” Məncə tarix təkrarlanır, 90-cı illərin başlanğıcında səlahiyyətim belə dayandırılmışdı. Baxaq, səsverməni gözləyək. Bu qanunsuz və absurd qərara səs verəcək həmkarlarım mənə maraqlıdır. Səsvermədən sonra sizə gələcək planlar barədə məlumat verəcəm. Əlbətdə ki, bu, siyasi təqibin davamıdır. Üç ildən artıqdır ki, davam edir. Biz sakitik, qətiyyətliyik. Səsverməni gözləyəcəyik. Sessiya salonunda səsvermədə iştirak edəcəyəm. İndiki Gürcüstanda hər şey gözləniləndir, müvafiq olaraq bu gözlənilən idi, belə görünür ki, siyasi təqibi dayandırmaq fikrində heç olmayıblar. Bu, hakimə yazdırdıqları qərarda hiss olunurdu. Bu, siyasi təqibin davamıdır” -deyə Badri Caparidze bildirib.

Parlament bugünkü plenar iclasda Badri Caparidze, Elene Xoştaria və Şalva Natelaşvilinin mandatına xitam verilməsi ilə bağlı yekun qərarı verəcək.

Badri Caparidzenin mandatına xitam verilməsi məsələsinə dair müzakirənin səbəbi məhkəmənin qətimkan hökmü, Elene Xoştaria və Şalva Natelaşvili halında isə parlament üzvünün sessiya boyunca üzrlü səbəb olmadan iclasların yarıdan çoxunda iştirak etməməsi halında səlahiyyətinin dayandırılmasına dair konstitusiyadakı qeyddir.