B.Britaniyada son 24 saatda koronavirus səbəbi ilə 160 nəfər dünyasını dəyişib
 B.Britaniyada son 24 saatda koronavirus səbəbi ilə 160 nəfər dünyasını dəyişib

 

B.Britaniyada son 24 saatda koronavirus səbəbi ilə 160 nəfər dünyasını dəyişib.Bu barədə məlumatı BBC ölkənin səhiyyə şöbəsinə  istinadən yayır.

B.Britaniyada  ″Covid 19″ səbəbi ilə 34 796 nəfər dünyasını dəyişib.

Son 24 saat ərzində100 mindən artın insan üzərində test aparılıb,2 684 nəfərin ″Covid 19″-a yoluxması  müəyyən olunub.B.Britaniyada cəmdə 246 406 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Səhiyyə şöbəsindən verilən məlumata əsasən, xəstəxanadakı pasiyentlərin sayı 13 faiz azalıb və hazırda 9408-i təşkil edir.

 

Hazırladı-Sevinc Mustafayeva