Azyaşlının döyülməsi ilə bağlı saxlanılan polislər barəsində həbs qətimkan tədbiri seçilib
Azyaşlının döyülməsi ilə bağlı saxlanılan polislər barəsində həbs qətimkan tədbiri seçilib

Azyaşlının döyülməsi ilə bağlı saxlanılan polislər barəsində həbs qətimkan tədbiri seçilib. Hakim Mixeil Cincolia təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı ittiham tərəfinin vəsatətini təmin edib.

“Prokurorluğun vəsatəti təmin edilsin, Nuqzar Bakradze və Kaxaber Bakaşvili həbs edilsin. Hökmdən bir dəfə, 48 saat ərzində apellyasiya şikayəti verilə bilər. Prokurorlar həm gizlənmənin, həm də yeni cinayətlərin törədilməsinin təhlükəli olduğunu qeyd ediblər. Məhkəmə razılaşır ki, təhlükələr var və yaxınlaşan cəza qorxusundan məhkəmədən gizlənə bilər. Cinayət heç bir səbəb olmadan törədilib, eləcə də onların şahidlərə təsir edə bilməsi təhlükələrdir”, – dedi hakim Mixeil Cincolia.

Vəkillər məhbusların zaminə buraxılmasını istəyiblər. Qeyri-insani rəftar ittihamı ilə saxlanılan patrul inspektoru Nuqzar Bakradzenin vəkili 20 min lari, ikinci müttəhimin vəkili Kaxaber Bakaşvilinin vəkili isə 10 min lari girov tələb edib. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsə təqdim edilən vəzifə səlahiyyətlərindən sui-istifadə ağır cinayət deyil.

Məhkəmənin hazırlıq iclası martın 15-də keçiriləcək.

Prokurorluqdan verilən məlumata görə, azyaşlıya qarşı zorakılığa görə saxlanılan patrul inspektoru qeyri-insani rəftarda, hadisədə iştirak edən ikinci patrul inspektoru isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.