Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Şöbəsinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları, əvvəllər mühakimə olunmuş 1985-ci il təvəllüdlü M.B.-ni azyaşlıların alveri ittihamı ilə saxlayıblar.
Nazirlikdən verilən məlumatda cinayətin 14 ildən 17 ilədək müddətə həbs cəzasını nəzərdə tutduğu deyilir.
İstintaqla təqsirləndirilən M.B.-nin maddi fayda əldə etmək məqsədilə ögey övlad olan azyaşlıları – 2006-cı il təvəllüdlü R.P. və 2007-ci il təvəllüdlü M.P.-ni sistemli şəkildə məcburi əməyə cəlb etdiyi müəyyən edilib.
Təqsirləndirilən şəxs onları zibil qutularından müxtəlif əşyaları yığıb təhvil verməyə məcbur edir, əldə etdikləri məbləğin hamısını isə mənimsəyirmiş.
Azyaşlılar M.B.-nin tələblərinə tabe olmadıqda, təqsirləndirilən şəxs onlara qarşı fiziki zorakılıq törədirmiş.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü əlavə edilmiş maddəsinin 3-cü hissəsinin “q” alt bəndi ilə aparılır”- deyə məlumatda deyilir.