"Azimuth" rus aviaşirkəti Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş -Abxaziya və Cənubi Osetiya bölgələrini ölkələr siyahısından çıxarıb
“Azimuth” rus aviaşirkəti Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş -Abxaziya və Cənubi Osetiya bölgələrini ölkələr siyahısından çıxarıb.
Bundan əvvəl sosial şəbəkələrdə rus aviaşirkətinin öz saytında Gürcüstanın işğal olunmuş bölgələrini ölkələr siyahısına daxil etdiyini göstərən “skrinşotlar” yayılmışdı, hərçənd Gürcüstanla Rusiya arasında birbaşa hava əlaqəsinin bərpasından bir az əvvəl Abxaziya və Cənubi Osetiya ölkələr siyahısından çıxarılıb.
Aviaşirkətin rəsmi internet saytında işğal olunmuş bölgələr artıq siyahıda yoxdur. “Azimuth” aviaşirkətinin yaydığı məlumatda Moskva-Tbilisi-Moskva reysinin mayın 19-dan hər gün yerinə yetiriləcəyi deyilir.
Məlumat üçün bildirək ki, Mülki Aviasiya Agentliyinin dünən yaydığı açıqlamada Aİ-nin qara siyahısında olmayan “Azimuth” Hava Yollarının Gürcüstanla Rusiya arasında uçuşlara başladığı deyilib.