Azərbaycanın Xarici İşlər naziri - Gürcüstan və Azərbaycan 19 sənədin imzalanması imkanını müzakirə edirlər
Gürcüstan və Azərbaycan 19 sənədin imzalanması imkanını müzakirə edirlər, – bu barədə Azərbaycanın Xarici İşlər naziri, Ceyhun Bayramov Gürcüstanlı həmkarı, İliya Darçiaşvili ilə keçirdiyi brifinqdə bəyan etdi.
“Yaxın zamanlarda biz bu müqavilələrin imzalanmasına və onun icrasına şahidlik edəcəyik”, – Bayramov qeyd etdi.
Azərbaycan Xarici İşlər nazirinin dediyinə görə, Azərbaycan tərəfi Gürcüstanın Xariciİşlər nazirinin Bakıya səfərini iki ölkə arasında strateji tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndirir.
Ceyhun Bayramov qeyd etdi ki, Azərbaycan və Gürcüstan tarixən möhkəm dostluq münasibətlərinə malikdir.
“Azərbaycan və Gürcüstan mehriban qonşuluq və əməkdaşlıq siyasəti yürüdür, əlaqələri bir çox sahələrdə inkişaf edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”, – Azərbaycanın Xarici İşlər naziri bəyan etdi.