Azərbaycanın müxalif "Real" partiyası fevralın 16-da aksiyanın keçirilməsini planlaşdırır
Azərbaycanın müxalif "Real" partiyası fevralın 16-da aksiyanın keçirilməsini planlaşdırır

Azərbaycanın müxalif “Real” partiyası fevralın 16-da aksiyanın keçirilməsini planlaşdırır. Bu barədə Birinci Kanal ilə söhbətində partiyanın lideri, İlqar Məmmədov bəyan etdi. Onun dediyinə görə, seçkilər Azərbaycanda saxtalaşdırldı.

“Bizim 30 namizədimiz var idi və onlardan çoxu inandırıcı şəkildə qələbə qazandı, buna baxmayaraq rəsmi olaraq yalnız birinin qələbəsini etiraf etdilər. Bu qəbuledilməz durumdur. Əsas odur ki, bir çox namizədin hüquqları kobud şəkildə pozuldu. Müvafiq olaraq biz, konstitusiya ilə nəzərdə tutulmuş, dinc tədbirlərlə hərəkət etməliyik. Daha dəqiq olaraq, fevralın 16-a dinc aksiya təyin etdik. Burada biz, seçkilərin ədalətsiz keçirildiyi yerlərdə seçkilərin nəticələrinin ləğv olunmasını və ümumiyyətlə azad seçkilər tələb edəcəyik. İndi gündəmdə budur. Bütün dünyanın gözləri önündə cinayət törətdilər və biz, Azərbaycan xalqı buna qarşı çıxmalıyıq,” – İlqar Məmmədov bəyan etdi.