Azərbaycanın xarici işlər naziri: Ermənistana sərhədlərin müəyyən edilməsi məsələsi ilə bağlı ikitərəfli danışıqlar təklif edirik
Azərbaycan Ermənistanla mövcud sərhəd boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistan tərəfinə sərhəddin delimitasiya -demarkasiyası məsələləri üzrə ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan bu mövzuda müsbət reaksiya gözləyir,- Bu barədə Azərbaycanın xarici işlər naziri, Ceyhun Bayramov Qara Dəniz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında bəyanat verib.
Bayramovun sözlərinə görə, Ermənistanda Azərbaycana yönəlik revanşist ritorika ilə müşayiət olunan nifrət ciddi narahatlıq doğurur.
“Ermənistandakı hakim və müxalif siyasətçilərin anti-Azərbaycan bəyanatları münasibətlərin normallaşması prosesinə təhlükə yaradır. Erməni tərəfi beynəlxalq humanitar hüquqa, eləcə də üçtərəfli razılaşmaya uyğun olaraq öhdəliklərini yerinə yetirməli və daha çox itki verməmək üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”,-deyə Bayramov qeyd edib.