Azərbaycanın Xarici İşlər Naziri Davit Zalkalianiyi vitse-premyer təyin edilməsi münasibəti ilə təbrik etdi
Azərbaycanın Xarici İşlər Naziri Davit Zalkalianiyi vitse-premyer təyin edilməsi münasibəti ilə təbrik etdi

2021-ci ilin yanvarın 22-də, Gürcüstanın vitse-premyeri və Xarici İşlər Naziri Davit Zalkaliani və Azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon söhbəti baş tutdu.

Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Nazirliyin bəyanatına görə, Azərbaycanın Xarici işlər Naziri gürcü həmkarını vitse-premyer təyin edilməsi münasibəti ilə təbrik etdi və ümid bildirdi ki, iki ölkə arasındaki iki tərəfli dinamika daha da gücləndiriləcək.

“Nazirlər regionun inkişaf etməsi məsələləri ilə bağlı fəal əməkdaşlığa hazır olduqlarını bildirdilər.

Azərbaycanlı nazir gürcü həmkarını Bakıya dəvət etdi” – deyilir nazirliyin bəyanatında.