Azərbaycanın iqtisadiyyat naziri - Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu iqtisadi əməkdaşlığı müzakirə etmək və üçtərəfli layihələri müəyyən etmək üçün yaxşı fürsətdir
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun keçirilməsi iqtisadi əməkdaşlığın, eləcə də üçtərəfli formatda regional əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir.
Onun sözlərinə görə, bugünkü biznes forum üçtərəfli layihələri müəyyən etmək üçün də yaxşı fürsətdir.
“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun 6-cı dəfə keçirilməsi bizim görüşmək və ikitərəfli iqtisadi əməkdaşlığın vəziyyətini, eləcə də üçtərəfli formatda regional əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün çox yaxşı fürsətdir. Mən ikitərəfli əməkdaşlıqla başlayacağam. Bu artmaqdadır, bu il mal dövriyyəsində 30%-dən çox olmaqla artım müşahidə olunur ki, bu da ölkələrimizdə müşahidə olunan yüksək iqtisadi artımı və pandemiya böhranından iqtisadiyyatın daha güclü çıxmasını əks etdirir. Biz bütün sahələrdə, enerji, nəqliyyat, logistika, ticarət, ikitərəfli investisiyalar sahəsində əməkdaşlıq edirik. Bugünkü biznes forum həm də üçtərəfli layihələri müəyyən etmək üçün yaxşı fürsətdir” – deyə Mikayıl Cabbarov bildirib.