Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev 100” markasının təqdimatı keçirilib
Tbilisidə “Heydər Əliyev 100” markasının təqdimatı keçirilib. Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə xüsusi poçt markası buraxılıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili, “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü İsi Mustafayev və media nümayəndələri iştirak ediblər.
Rəsmilər Heydər Əliyevin markasının Gürcüstanda nəşrinin əhəmiyyətindən, Gürcüstanla Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərindən danışıblar.
“Heydər Əliyev 100” markasının təqdimat mərasimi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində keçirilib.