Azərbaycanın Daxili İşlər naziri Vaxtanq Qomelaurini Polis Günü münasibətilə təbrik edir
Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelaurini Polis Günü münasibətilə təbrik edir. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.
„Polis Günü münasibətilə sizi və nazirliyin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir və bu şərəfli işdə hər birinizə uğurlar arzulayıram.
Bu gün gürcü polisi xalqın və dövlətin maraqlarına xidmət edir,asayişin , təhlükəsizliyin,sabitliyin qorunması və cinayətkarlıqla mübarizə istiqamətində götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir.Məqsədyönlü surətdə həyata keçirilən qurumlarımız arasındakı əlaqənin səviyyəsini məmnunluqla qeyd etmək istəyirəm.Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımız xalqımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və daim inkişaf tempini qoruyub-saxlayacaq.
Belə bir əlamətdar gündə,sizə can-sağlığı,xoşbəxtlik,dost Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram“ -deyə Gürcüstanın DİN-yi tərəfindən yayılmış Vilayət Eyvazovun təbrikində qeyd olunub
Hazırladı-Sevinc Mustafayeva