Azərbaycanın bir neçə şəhərində karantin qaydaları sərtləşdirilib
Azərbaycanın bir neçə şəhərində karantin qaydaları sərtləşdirilib

 

 Azərbaycanın bir neçə şəhərində Covid 19-un yayılmasının qarşısının alınması məqsədi ilə təyin olunmuş  karantin qaydaları sərtləşdirilib.

 Məlumatı  yerli mətbuat yayır.

İyunun 14-ü axşam saat 12:00-dan iyunun 16-sı səhər saat 6:00-dək bir neçə şəhərdə tam təcrid elan olunub.

 Bu şəhərlərə-Bakı, Sumqayıt,Lənkəran,Yevlax,İsmayıllı,Kürdəmir və Salyan daxildir.

Bəhsi keçən bölgələrdə əhali yaşayış evindən bir tək təxirəsalınmaz  zərurət  halında çıxa biləcək.

Azərbaycanda ötən 24 saatda koronavirusa 352 yeni yoluxma halı aşkarlanıb və virusdan 2 nəfər dünyasını dəyişib.

 Azərbaycan hökuməti tərəfindən yayılmış rəsmi məlumatlara əsasən,ölkədə virusun yayılmasından bu günədək Covid 19 –a  9 570 yoluxma halı aşkarlanıb, 115 nəfər dünyasını dəyişib.

 

 

 

 

Hazırladı-Sevinc Mustafayeva