Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə, sentyabrda başlayan müharibə əməliyyatları nəticəsində, 31 nəfər həlak olub və 164 nəfər yaralanıb
Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə, sentyabrda başlayan müharibə əməliyyatları nəticəsində, 31 nəfər həlak olub və 164 nəfər yaralanıb

Azərbaycanın baş prokurorluğunun məlumatına görə, sentyabrın 27-dən sonra, Azərbaycanın yaşayış məntəqələrinə Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində, 31 nəfər həlak olub, 164 isə yaralanıb.

Baş prokurorluğun bəyantını Azərbaycanın “Trend” agentliyi yayır.

İdarənin məlumatına görə, 142 mülki obyekt və 1 054 yaşayış evi dağılıb.

Atəş nəticəsində, Fizuli rayonunda üç dinc sakin ağır yaralanıb.

Xatırladırıq ki, öz növbəsində, tanınmayan Dağlıq Qarabağın de-fakto iqtidarı bəyan edir ki, hərbi əməliyyatların başlamasından sonra, onların müdafiyə qüvvələrinin 376 əsgəri həlak olub.