Azərbaycanın Baş naziri İrakli Ğaribaşviliyə müraciət edib - səmimi qəbul üçün sizə təşəkkür edirik, ilk növbədə, Prezident İlham Əliyevin ən xoş arzularını və salamlarını Sizə çatdırıram
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov səmimi qəbula görə Gürcüstanın Baş nazirinə təşəkkür edib və Azərbaycan Prezidentinin salamını çatdırıb.
Əli Əsədovun qeyd etdiyi kimi, Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə töhfə verəcək.
“Azərbaycan nümayəndə heyəti adından və şəxsən öz adımdan səmimi qəbul üçün sizə təşəkkür etmək istərdim. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən xoş arzularını və salamlarını Sizə çatdıracağam. Dost ölkədə rəsmi səfərdə olmaqdan şadam. Biz bu səfərə böyük əhəmiyyət veririk. İnanıram ki, səfər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə töhfə verəcək. Hökumətlərarası komissiyanın iclası əlaqələrimizin daha da inkişaf etdirilməsi yollarını və əməkdaşlıq sahələrimizin genişləndirilməsini, eləcə də Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi vacib meqalayihələri müzakirə etmək üçün yaxşı fürsətdir. Bunu müzakirə etmək imkanımız olacaq. Sizin də qeyd etdiyiniz kimi, cari ilin noyabrın 18-də biz Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik, lakin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi xalqlarımızın və millətlərimizin tarixi qədər qədimdir. Xalqlarımızı çoxəsrlik mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq münasibətləri birləşdirir”- deyə Azərbaycanın Baş naziri açıqlayıb.