Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanda səfərdədir.
Gürcüstan hökumətinin məlumatına görə, Azərbaycan Respublikasının Baş nazirini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze qarşılayıblar.
Əli Əsədov “Tbilisi İpək Yolu Forumu” çərçivəsində nümayəndə heyəti ilə Gürcüstana səfər edib. Forum sabah rəsmi olaraq açılacaq.