Azərbaycanı müstəqilliyinin bərpasının 30 -cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm və səmimi qəlbdən uğurlar, firavanlıq diləyirəm
Strateji tərəfdaşımız olan Azərbaycanı müstəqilliyinin bərpasının 30 -cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm və dost Azərbaycan xalqına səmimi qəlbdən uğurlar, firavanlıq diləyirəm, – deyə Gürcüstanın xarici işlər naziri David Zalkaliani öz Twitter səhifəsində yazıb.
Eyni zamanda, agentlik Azərbaycanla güclü strateji tərəfdaşlığı dəyərləndirdiklərini və bunun xalqların xeyrinə daha da möhkəmlənəcəyini söyləyir.
“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 -cu ildönümü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və ən yaxşısını diləyirik. Biz güclü strateji tərəfdaşlığı dəyərləndiririk və bunu millətlərimizin xeyrinə gücləndirəcəyik”, – Gürcüstan Xarici İşlər Nazirliyinin təbrik məktubunda deyilir.