Azərbaycanda son vaxtlar Ermənistan silahlı qüvvələrinin Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin müxtəlif istiqamətlərində intensiv hərəkətlərinin müşahidə olunduğu açıqlanır, Ermənistan ittihamları rədd edir

14:13, 31.03.2024

Son vaxtlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində canlı qüvvənin, zirehli texnikanın və artilleriya qurğularının cəmləşməsi, Ermənistan silahlı qüvvələrinin intensiv hərəkəti müşahidə olunur, – bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, Azərbaycana qarşı aqressiv ritorika yüksək həddə çatıb, təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən bu cür məlumatların sayı artıb.

“Biz xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı istənilən hərbi təxribat cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaq. Biz bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət Ermənistan və onun himayədarlarının üzərinə düşəcək”, – bəyanatda deyilir.

Ermənistan hökuməti Azərbaycan hakimiyyətinin ittihamlarını rədd edir. Ermənistan Müdafiə Nazirliyinin bəyanatına görə, Azərbaycanın yaydığı məlumat həqiqətə uyğun deyil.

“Ermənistan Respublikasının Müdafiə Nazirliyi onu da bildirir ki, dünən, martın 30-da bir neçə Telegram kanalında hərbi qulluqçuların təlim prosesinin bir hissəsi kimi kortejlə çıxış edən fotoları yayılaraq, bunu qoşunların sərhədlərə hərəkəti kimi qələmə verməyə çalışsalarda bu həqiqətə uyğun deyil. “Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar Ermənistan-Azərbaycan dövlət sərhədində əməliyyat vəziyyətini stabil qiymətləndirir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”, – deyə məlumatda bildirilir.

Oxşar